IQNA

Əfqanıstanlı incəsənətçinin əlyazma Quran nüsxəsi Heratda səgriyə çıxarıldı

0:54 - November 08, 2017
Xəbər sayı: 3482358
Əfqanıstanlı incəsənətçi və hüsnxətt ustasının gözəl xətt ilə kitabət etdiyi əlyazma Quran nüsxəsi Herat şəhərində sərgiyə çıxarılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanlı incəsənətçi və hüsnxətt ustasının gözəl xətt ilə kitabət etdiyi əlyazma Quran nüsxəsi Herat şəhərində sərgiyə çıxarılıb.

MirVəli Əhməd Səbri uzun illər İran İslam Respublikasında yaşadıqdan sonra son günlərdə ölkəsinə qayıtmışdır.

O, vətənində yaşadığı son dörd ildə Qurani-Kərimi dörd il müddətində hüsnxətt ilə kitabət etmişdir.

Qurani-Kərimin əlyazma nüsxəsinin yazılmasına lazım olan xərcləri Heratın böyük məscidinin "xuddamlar birliyi" tərəfindən ödənilmişdir.

Əfqanıstanlı Mirvəli Əhməd Səbrinin yazdığı Quran-Kərim nüsxəsi 70x50 sm.-dir.

Heratın qubernatoru Məhəmməd Asir Rəhimi bu əlyazma Quranı öz növündə "şah əsər" adlandırıb.

Əfqanıstanın ən mühüm incəsənət əsrələri sırasında yer alan bu Quran nüsxəsi Heratın böyük məscidində saxlanılacaqdır.

Səid Xətibi (Herat məscidinin xuddamlar birliyinin rəisi) bu barədə dedi: Herat məscidi gələn aylarda yenidən təmir ediləcək. Və bu Quran nüsxəsinin saxlanılması üçün məsciddə xüsusi otaq ayrılacaqdır.

http://iqna.ir/fa/news/3660925



Teqlər: iqna ، nüsxə ، hüsnxətt ، herat
captcha