İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin şərqində Piterboro (Peterborough) şəhər məscidinə hücum edən oğru məscidin qapı və divarlarını zədələyib və xeyriyyə nəzir qutusundan 500 pond pulu oğurlayıb.
İngiltərənin "peterboroughtoday" xəbər və informasiya portalının verdiyi məlumata görə, bu hadisə keçən həftənin altıncı günü, 4 Noyabr 2017-ci il, yerli vaxtla sübh çağı saat 04:20 – 04:50 radələrində baş verib.
Piterboro şəhərinin polis müstəntiqi Qraham Holmz (Graham Holmes) bu barədə dedi: Məscidə hücum edən oğru məscidin qapı və divarlarını qəsdən və məqsədyönlü olaraq zədələyib. Və ibadət ocağına irqçi və islamofob bir təfəkkürlə basqın etmək şəhərin əhalisini nigaran edib.
Şəhərin polis idarəsi əhalidən istəyib ki, bu hadisəni törədən şəxslə bağlı əldə etdikləri məlumatları polisə də xəbər versinlər.
Qeyd edək ki, son bir ayın hesabatına görə, İngiltərədə keçən dörd il ərzində 167 məscidə hücum edilmişdir.
http://iqna.ir/fa/news/3660955