İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Hemel Hempstead" şəhərinin İslam Mərkəzinin verdiyi məlumata görə, bu mərkəz İngiltərənin "Hertfordshire" şəhərininin qədim və istifadəsiz qalmış kilsənin məscid kimi fəaliyyət göstərməsinə icazə verilməsi barədə rəsmi müraciət edib.
İngiltərənin "Hertfordshire" şəhərininin "Nash Mills" rayonunda qədim və istifadəsiz qalmış kilsənin müsəlman cəmiyyəti üçün ibadət ocağına çevirilməsi üçün dörd il öncə layihə hazırlanıb və bununla bağlı "Hertfordshire" şəhər şurasına müraciət edilib.
Müsəlmanların bu istəyi qeyri-müsəlmanların etirazı və maşın dayanacağının omaması bəhanisə ilə cavabsız qaldı. Və bu günlərdə müsəlmanlar yenidən bu məsələ ilə bağlı müraciət ediblər və ehtimal edilir ki, kilsənin yerində məscid tikmək üçün icazə verilsin.
İngiltərənin "Hertfordshire" şəhərininin "Nash Mills" rayonunun "Albans Hill" xiyabanında yerləşən bu kilsənin yerində məscid tikilərsə, bu məsciddə 500-dən çox insan üçün bir vaxtda namaz qılmaq imkanı olacaqdır.
Xatırladaq ki, İslam dini İngiltərədə məsihlikdən sonra ikinci dindir. 2010-cu ilin hesabatına görə, bu ölkədə 3 milyon müsəlman yaşayır.
http://iqna.ir/fa/news/3662454