Türkiyənin Əməkdaşlıq və Koordinasiya Təşkilatının verdiyi hesabata görə, cari ilin sentyabr ayından indiyədək bu təşkilat vasitəsi ilə bir milyon ruhingiyalı qaçqına isti yeməklər verilib.
TİKA-nın (Türkiyənin Əməkdaşlıq və Koordinasiya Təşkilatı) hazırladığı hesabata əsasən, cari ildə Myanmarın Raxin əyalətində qarşıdurmaların başladığı zamandan 613 min nəfər müsəlman Banqladeşə qaçıb. Qaçqınların arasında 340 min nəfər uşaq qaçqın düşərgələrində acınaqcaqlı vəziyyətdə yaşayır, çirkli və anti-sanitar məkan və qidadan istifadə edirlər.
BMT-nin müfəttişlərinin qaçqınlarla apardığı müsahibədən məlum olub ki, ruhingiyalı müsəlmanlar Myanmarda soyqırım, kütləvi qətliam, qadınlara qarşı təcavüz və uşaqlara qarşı zorakılıq və vəhşiliyə məruz qalıblar.
http://iqna.ir/fa/news/3663432