İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin "Dubay Mükafatı Beynəlxalq Quran Müəssisəsi" cari ilin Dekabr ayında bu ölkənin milli Quran nüsxəsinin bir milyon tirajlıq çap və nəşrinə başlayacaqdır.
BƏƏ-nin milli Müshəf nüsxəsi "Şeyx Xəlifə ibn Zayid Ali- Nihyan müshəfi" adı ilə və üç ölçüdə (böyük, orta və balaca) cari ilin Dekabr ayının ortalarında çap və nəşr ediləcək və gələn ilin ilk aylarından Fars Körfəzi və Ərəb ölkələrində paylanılacaqdır.
BƏƏ-nin "Dubay Mükafatı Beynəlxalq Quran Müəssisəsi"ndə beynəlxalq Qurani-Kərim yarışlarının keçirilməsi komitəsinin rəisi və Dubay valisinin mədəniyyət işləri üzrə müşaviri İbrahim Məhəmməd Buməlhə dedi: Hazırda Dekabr ayı üçün çapa hazırlanan milli Müshəf ilkin mərhələdə 250 min tirajla çap və nəşr ediləcəkdir.
O dedi: Milli Müshəf çapdan çıxdıqdan sonra daxili və xarici dini müəssisələrə paylanlıcaqdır.
Qeyd edək ki, belə bir Quran nüsxəsinin çap və nəşri təşəbbüsünü Dubayın valisi və BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Raşid Ali-Məktum 2011-ci ildə irəli sürmüşdü.
http://iqna.ir/fa/news/3666638