IQNA

Dəməşqə edilən terror hücumunda 2 ölü və 7 yaralı

8:20 - December 05, 2017
Xəbər sayı: 3482471
Dünən Suriyanın paytaxtı Dəməşq şəhərinə terror hücumu olub. Terrorçular Dəməşqin "Əbbasiyyin" regionuna qumbaratanla hücum ediblər. Bu hücumda 2 nəfər sivil vətəndaş ölüb və 7 nəfər isə yaralanıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin birinci günü, 4 Dekabr 2017-ci il, Suriyanın paytaxtı Dəməşq şəhərinə terror hücumu olub. Terrorçular Dəməşqin "Əbbasiyyin" regionuna qumbaratanla hücum ediblər. Bu hücumda 2 nəfər sivil vətəndaş ölüb və 7 nəfər isə yaralanıb.
Suriyanın rəsmi xəbər və informasiya agentliyinin (SANA) verdiyi məlumata görə, bu barədə Dəməşqin polis qərargahı mənbələri xəbər yayıb. Bu xəbərə görə, Dəməşqin şərqində yerləşən Abbasiyyin yaşayış regionuna əlqumbaraatanları ilə atəş açılıb. Bu atəş nəticəsində iki nəfər sivil vətəndaş ölüb və yeddi nəfər mülkü şəxs yaralanıb. Həmçinin xüsusi və dövləti mülklərə ciddi zərər dəyib.  
http://iqna.ir/fa/news/3669747
Teqlər: iqna ، suriya ، terror ، dəməşq
captcha