İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Bolqarıstanın Rodop dağları silsiləsində Çınqırdərə kəndi qədimdən öz təbii gözəlliyi, ab-havası, coğrafi mövqeyi, qədim və tarixi məkanları və həmçinin İslami əlyazma nüsxələri ilə məşhurdur.
Bu kəndin kitabxanasında İslam dininə və müsəlmanlara aid onlarla qədim və tarixi əlyazma nüsxələr qorunub saxlanılır.
Kitabxanadakı qədimi kitablar kommunistlərin hakimiyyəti zamanı camaata paylanıldı ki, evlərində gizlətsinlər və qoruyub gələcək nəsillər üçün saxlasınlar. SSR dağıldıqdan sonra isə camaatın evlərində gizlətdikləri kitablar yenidən kitabxayana qaytarıldı.
Çınqırdərə kəndinin əhalisi həmin zamanlarda bu kitabları oxumaq üçün savada malik olmasalar da, Osmanlı imperatorluğu zamanına aid bu İslami əlyazma nüsxələri qoruyub saxladılar.
Bu kitabxananın İslami əlyazma nüsxələri arasında hicri-qəməri tarixi ilə 14-cü əsrə aid bir qızılı Qurani-Kərim nüsxəsi də vardır ki, qızıl və zərli döymələr ilə bəzədilib və “Qızıl Quran” adı ilə məşhurdur. Həmin Quranın bütün səhifələrində “ALLAH” sözü (ləfzi-cəlalə) qızıl suyu ilə yazıldığına bu Quran həmin adla məşhur olub. Hazırda bu Quran Çınqırdərənin məscidinin kitabxanasında saxlanılır. Deyilənlərə görə, çubuq ilə cildlənmiş bu Quran buraya Səmərqəndin hansısa bir mərdəsəsindən gətirilib.
Çınqırdərənin məscidi bu kəndin ortasında tikilib. İki minarəsi vardır. Bolqarıstanın Sofiya şəhərindəki milli kitabxanasından sonra bu məscidin kitabxanası İslami əlyazma nüsxələrin ən böyük xəzinəsi hesab olunur.
Bu kitabxanada İslam və müsəlmanlara aid və müxtəlif mövzularda, o cümlədən Fəlsəfə, Nücum (Astronomiya), Fəsahət və Bəlağət, Fiqh, Tarix və s..., 800-dən çox qədim çap nüsxələri və 400-dən çox əlyazma nüsxə mövcuddur.
Kitabxananın məsulları 1999-cu ildə bu ərazidə olan bütün evləri gəzərəkk qədim əlyazma nüsxələri bir yerə toplayıblar.
Əbdür-Rəhman Ağbaş (Türkiyənin Dini İşlər İdarəsi nəşriyyatının məsullarından biri) 2011-ci ildə bu kəndə getmiş və məscidin kitabxanasındakı 500 kitab üçün fehrest və siyahı hazırlamışdır. Bu siyahıda Fars, Ərəb və Türk dillərində İslami nüsxələr siyahıya salınmışdır ki, bu nüsxələr nüsxəşünaslar və tarixşünaslar tərəfindən araşdırmalı və dəyərləndirilməlidirlər.
Hazırladı: Məsumə Saadat Hüseyni
http://www.iqna.ir/fa/news/3673565