IQNA

Qulamrza İbrahimi Dinani:

Əgər iranlılar olmasaydı, bu gün İslamdan İŞİD-dən başqa bir şey qalmamışdı

7:53 - December 27, 2017
Xəbər sayı: 3482560
Müasir müsəlman filosofu və Əllamə Təbatəbai (r.ə) fəlsəfəsinin davamçısı sayılan iranlı filosof Qulamrza İbrahimi Dinani İranın İslama verdiyi töhfələrdən danışdı.

Əgər iranlılar olmasaydı, bu gün İslamdan İŞİD-dən başqa bir şey qalmamışdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müasir müsəlman filosofu və Əllamə Təbatəbai (r.ə) fəlsəfəsinin davamçısı sayılan iranlı filosof Qulamrza İbrahimi Dinani İranın İslama verdiyi töhfələrdən danışaraq dedi: Əgər iranlılar olmasaydılar bu gün İslam üçün İŞİD-dən başqa bir şey qalmamışdı. İslam tarixin bütün böyük filosofları iranlı olublar. İranlılardan başqa təkcə İbn Tüfeyl, İbn Bacə və İbn Rüşd vardır ki, onlar da ərəb olmayıblar və İspaniyada yaşayıblar.

O əlavə etdi: İslam dünyasının və müsəlmanların ən böyük fəqihləri, kəlam alimləri və hədis alimləri iranlı olublar. Əhli- Sünnənin “altı səhih” adlı böyük hədis məcmuəsi iranlılar tərəfindən yazılıb.

Qulamrza İbrahimi Dinani (İranın Tehran universitetinin elmi heyətinin üzvü) dünən, 26 Dekabr 2017-ci il, onun elmi fəaliyyətlərini təqdir etmək və dəyərləndirmək üçün “İranın Mədəniyyət Əsərləri və Fəxrləri Birliyi”ndə keçirilən toplantıda çıxış edərkən dedi: İran qədim dövrlərdən bəşər mədəniyyətinin və sivlizasiyasının beşiyidir. Avropa və Amerikada vəhşilik içində hökm sürdüyü zamanlarda İran böyük mədəniyyət sahibi idi.

O, yuxarıdakı ifadəsindən Yunanı istisna edərək dedi: Fəlsəfə yunandan təsirlənsə də Yunanın deyil. İran o zaman böyük mədəniyyətə sahib idi, Əflatun da İrana səfər etmişdi. Amma müxtəlif səbəblər ucbatından iranın o zamankı elmi böyüklərindən kitablarda ad qalmayıb.

Qulamrza İbrahimi Dinani vurğuladı: Bəşər tarixində ilk dəfə “nur”dan danışan iranlılar olub. Söhrəvərdi fəlsəfəsi nurdur. Quran da “nur” sözü gəlmişdir, “illətul-iləl” və “vacibəl-vücud” deyil. Buna görə də qədim İran zəngin və həm də İlahi bir mədəniyyətə sahibdir.

O əlavə etdi: Bu gün Ərəb dilində danışan düşmənlərimizi iranlıları dünya ictimaiyyətinə müşrik kimi tanıtdırmaq istəyir. Amma bu gün NASA-nın ən düşünən beyinləri iranlılardır. Əgər bu gün biz Fars dilini tərifləyiriksə, bu zəngin bir mədəniyyəti tərifləməkdir, bəşər sivlizasiyası xatirinədir, millətçilik üçün deyil.

Qulamrza İbrahimi Dinani çıxışının sonunda vurğuladı: Əgər iranlılar olmasaydılar bilmirəm bu gün İslamın başına nələr gəlmişdi. Və əgər iranlılar olmasaydılar bu gün İslam üçün İŞİD-dən başqa bir şey qalmamışdı. İslam tarixin bütün böyük filosofları iranlı olublar. İranlılardan başqa təkcə İbn Tüfeyl, İbn Bacə və İbn Rüşd vardır ki, onlar da ərəb olmayıblar və İspaniyada yaşayıblar. Bundan artıq nə deyim İran üçün?

http://iqna.ir/fa/news/3676675

captcha