IQNA

BRİL nəşriyyatı tərəfindən həyata keçirildi;

“Müsəlmanların və Məsihilərin fəlsəfi və əqidəvi mübadilələri” kitabı çap və nəşr edildi

0:17 - December 31, 2017
Xəbər sayı: 3482575
Layden şəhərinin BRİL nəşriyyatı “Bağdadda ideyalar hərəkatı və ondan daha irəli: 3-cü və 4-cü əsirlərdə müsəlmanların və məsihilərin fəlsəfi və əqidəvi mübadilələri” kitabı çap və nəşr edildi.

“Müsəlmanların və Məsihilərin fəlsəfi və əqidəvi mübadilələri” kitabı çap və nəşr edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hollandiyanın Layden şəhərinin BRİL nəşriyyatı “Bağdadda ideyalar hərəkatı və ondan daha irəli: 3-cü və 4-cü əsirlərdə müsəlmanların və məsihilərin fəlsəfi və əqidəvi mübadilələri” (Ideas in Motion in Baghdad and Beyond: Philosophical and Theological Exchanges Between Christians and Muslims in the Third/Ninth and Fourth/Tenth Centuries) kitabı çap və nəşr edildi.

Bu kitabı Damien Janos qələmə almışdır. Kitab üçüncü və dördüncü hicri-qəməri əsrində Bağdadda müsəlmanlar və xristianlar arasında baş verən fəlsəfi və əqidəvi təbadüllərdən bəhs edən məqalələr toplusudur. Həmin əsrlərdə Bağdad klassik İslam tarixində özünün ən parlaq dövrünü yaşayırdı. Bu şəhər həmin dövrlərdə elmi, ədəbi, əqidəvi, irfani və fəlsəfi məktəblərin tərəfdarlarının axışdığı mərkəz idi.

Xristian aləmindəki fəlsəfi əsərlər, nailiyyətlər və məsihilərin ərəbcə və siryanicə yazdığı kitablar göstərir ki, bu din o zaman İslam cəmiyyətində canlı dinlərdən biri olub, amma İslam fəlsəfəsi cəmiyyətdə öz yerini tutduqca xristian fəlsəfəsi inzivaya çəkilməyə məcbur olub.

Bu kitabda da həmin dövrdə müsəlmanlar ilə xristianlar arasında baş verən elmi və dini mübadiləni fərdi nümunələr üzərində araşdırmış məqalələr yer almışdır. Kitab əsasən Bağdadın elmi məktəbini Yəhya ibn Ədi üzərindən araşdırır.  

http://iqna.ir/fa/news/3677692

captcha