İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriyanın şərqində yerləşən Adamava əyalətinin müsəlmanlar şurası Buko- Haram terroristlərinin 5 il ərzində və 7 əyalətdə indiyədək 5247 müsəlmanı öldürdüyünü elan edib.
Bu hesabata əsasən, Nigeriyada fəaliyyətdə olan Buko- Haram silahlı terrorist qruplaşması bu ölkənin Adamava əyalətinin Madaqali, Miçika, Mayha, Mubinuris, Mubisut, Hung və Qumbi şəhərlərində 5161 nəfər müsəlmanı öldürüb.
Bu şəhərlər arasında Madaqali 2500 nəfərlə ən çox və Hunq 68 nəfərlə ən az insani itkiyə malikdir.
Miçika müsəlmanlarının əmlakına 23.3 milyard nayra və Mayha müsəlmanlarının əmlakına 157 milyon nayra miqdarında maddi xəsarət dəyib.
Bu hesabata görə, Nigeriyanın Adamava əyalətində yaşayan müsəlmanların 12732 yaşayış avadanlığı Buko- Haram terroristləri tərəfindən sıradan çıxarlıb ki, bu da Nigeriya pul vahidi ilə 81.6 milyard edir.
Adavama müsəlmanlar şurası Nigeriya dövlətindən bu maddi ziyanın ödənilməsini tələb edib və həmçinin dövlətdən istəyib ki, terrorçularla savaşan yerli könüllü dəstələri hərbi baxımdan dəstəkləsin.
http://iqna.ir/fa/news/3678051