Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Sahartv-yə istinadla xəbər verir ki, Fələstinin Qırmızı Aypara Cəmiyyəti çərşənbə axşamı günü bir bəyanatda bildirib: Sionist hərbçilər İordan çayının qərb sahilinin şimalında Nablosun şərqində Salem kəndində fələstinlilərlə toqquşmada onlara tərəf atəş açıb və gözyaşardıcı qazlardan istifadə ediblər. Bu qarşıdurmada üç fələstinli gənc yaralanıb.
Fələstinli gənclər də sionistlərə doğru daş və butılka atıblar.
Əl-Aləm televiziyası da bildirib: Qüdsü işğal etmiş rejim hərbçiləri Cenində Qattaya şəhərciyinə basqın etdikdən sonra fələstinlilərin mənzillərini təftiş edib və beş fələstili gənci saxlayıblar.
Fələstin əraziləri 2017-ci il 6 dekabrdan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı elan etməsinə dair qərarından sonra sionist hərbçilərlə fələstinlilər arasıdna ağır toqquşmalar səhnəsinə çevrilib.
Bu toqquşmalarda indiyə qədər 16 fələstinli şəhid olub, beş mindən çox fələstinli yaralanıb. Son statistikalara əsasən, bu müddətdə 500-dən çox fələstinli həbs olunub.