IQNA

Ərəbistanın Yəmənə hücumları davam edir \ 27 mülki həlak olub

12:48 - January 24, 2018
Xəbər sayı: 3482685
Ötən çərşənbə axşamı Ərəbistan qırıcılarının Yəmənin Sədə vilayətinə olan hücumları zamanı 22 mülki həyatını itirib. Bir qrup insan da yaralanıb.

Ərəbistanın Yəmənə hücumları davam edir \ 27 mülki həlak olubBeynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Sahartv-yə istinadla xəbər verir ki, Ali-Səud qırıcıları çərşənbə axşamı Yəmənin Sədə vilayətində yerləşən Al-Əli məntəqəsini bombalayıblar. Nəticədə uşaq və qadınlar da daxil olmaqla 9 mülki həlak olub.

Ərəbistan qırıcıları çərşənbə axşamı Yəmənin Hədidə vilayətinin beynəlxalq hava limanını da bombalayıblar. 

Ərəbistan rejimi ABŞ-ın birbaşa dəstəyi və himayəsi altında artıq 3 ildir ki, Yəmən xalqını amansız şəkildə qırğın edir. Buna baxmayaraq, hələ də Yəmən xalqını öz istəkləri qarşısında təslim olmağa məcbur edə bilməyib. 

Teqlər: ərəbistan ، iqna ، quran ، İslam ، müsəlman ، ali-səud ، yəmən
captcha