İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropa ölkələrində İslam və müsəlmanlar əleyhinə ayrıseçkilik və “islamofobiya”nın qədim tarixi kökləri vardır. Amma son illərdə Avropa və ABŞ siyasətçilərinin orta şərqə girmək üçün müsəlmanların adından müsəlmanların əleyhinə törətdikləri 11 Sentyabr terror hadəsəsi və 2015-ci ildə Fransanın paytaxtı Parisdə Şarli Hebdu jurnalının ofisinə terror hücumu bu məsələni kəskinləşdirdi və müsəlmanlar əleyhinə ayrıseçkilik daha da çoxaldı.
Son günlərdə isə “İnsider Monkey” informasiya portalı məqalə yayaraq müsəlmanlar əleyhinə ayrıseçkilik edən və ən çox islamofob hadisələr baş verən Avropa ölkələrinin adlarını açıqlayıb. Bu siyahıda on bir Avropa ölkəsinın adı göstərilib. Bu siyahıya əsasən, İtaliya, Belçika, Hollandiya, Macarıstan, Ukrayina, Danimarka, İspaniya, İsveçrə, İngiltərə, Almaniya və İsveç müsəlmanlar əleyhinə ən çox ayrıseçkilik edən və islamofob hadisələr törədilən ölkələrdirlər.
Bu Avropa ölkələrinin arasında isə İtaliya cəmiyyətinin 51 faizi və Almaniya cəmiyyətinin isə 53 faizi ölkələrinə müsəlmanların mühacirət etməsinin və saylarının çoxalmasının əleyhinədirlər.
Berlində 2016-cı ildə yeni il şənlikləri zamanı bir mağazaya hücum ilə baş verən terror hadisəsindən sonra Almaniyada islamofobiya gözəçarpacaq dərəcədə artıb.
Bu siyahıda yer alan Belçikada isə yerli cəmiyyətin 62 faizi müsəlmanların bu ölkədə çoxalmasının əleyhinədirlər və bu ölkənin məktəblərində hicab və dini örtük qadağası da hökm sürür.