IQNA

Tehranın cümə namazı xitabətçisi:

Amerika ötən illər ərzində dəfələrlə İran tərəfindən şillələnibdir

8:53 - February 10, 2018
Xəbər sayı: 3482762
Tehranın cümə namazı xətibi ABŞ-ın İran İslam Respublikasına zərbə vurmaq üzrə fitnələrinə işarə edərək, deyib: Amerika və onun müttəfiqləri ötən illər ərzində dəfələrlə İran tərəfindən şillələniblər.

Amerika ötən illər ərzində dəfələrlə İran tərəfindən şillələnibdirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tehranın cümə namazı xitabətçisi Amerikanın İran İslam Respublikasına zərbə vurmaq üzrə fitnələrinə işarə edərək, deyib: Amerika və onun müttəfiqləri ötən illər ərzində dəfələrlə İran tərəfindən şillələniblər.

Höccətulislam Vəlmuslimin Kazem Seddiqi Tehranın buhəftəki cümə namazı xütbələrində əlavə edib: Amerika, Ərəbistan və onların müttəfiqləri elə təsəvvür edirdilər ki, İŞİD terror qrupunu yaratmaqla İraq Küdüstanının İraqdan ayrılması məsələsi, Livan məsələsi, müqavimət cəbhəsinin zəiflədilməsi və İraqın işğalı məsələsini irəli sürərək, İranı təcrid edə bilərlər, amma İran, İslam İnqilabının Böyük Rəhbərinin dühası ilə onlara möhkəm şillə vurdu.

Höccətulislam Vəlmuslimin Seddiqi həmçinin ilahi Fəcr Ongünlüyünü təbrik edərək, İslam İnqilabının qələbəsini möcüzə adlandırıb və belə deyib: İranın nüvə, tibb, raket və nano sahələrindəki irəliləyişləri, eləcə də bir çox sahədəki iqtisadi müstəqilliyi İslam İnqilabının qələbəsinin nailiyyətlərindəndir.

Tehranın cümə namazı xitabətçisi söyləyib: İslam İnqilabının qələbəsi istiqlaliyyət və izzətin İran xalqına qayıtmasına və ölkənin daha zorakılar tərəfindən qarət edilməməsinə səbəb oldu. 

captcha