IQNA

Tunisli din təbliğatçısı Quranı təhrif etməkdə ittiham edildi

23:24 - March 07, 2018
Xəbər sayı: 3482870
Şeyx Bəşir ibn Həsən özünün “facebook” səhifəsində Səudiyyə Ərəbistanın siyasətlərini tənqid edərək “Möminun” surəsinin ilk ayələrinə uyğun cümlələr ilə bu ölkənin siyasətlərinə öz etirazını bildirib.

Tunisli din təbliğatçısı Quranı təhrif etməkdə ittiham edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-qüds əl-ərəbi” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Tunisin din təbliğatçısı Şeyx Bəşir ibn Həsən özünün “facebook” səhifəsində Səudiyyə Ərəbistanının məsul vəzifəliləri və yüksək rütbəli rəsmilərinin qərbmeyilli siyasətlərini və işğalçı İsrail rejimi ilə əlaqələrinin sadələşdirilməsini tənqid edərək “Möminun” surəsinin ilk ayələrinə uyğun cümlələr ilə bu ölkənin siyasətlərinə öz etirazını bildirib.

O, bu etirazını Quran ayələrini yamsılayaraq etməsinin dalınca Quran ayələrini təhrif etməkdə ittiham edildi.

Tunisin din təbliğatçısı Şeyx Bəşir ibn Həsən vurğulayır ki, Səudiyyə Ərəbistanın şahzadələri və rəsmi məqamları iddia edirlər ki, “tövhid” diyarında yaşayırlar və iki müqəddəs şəhərin xadimidirlər, amma əslində xalis şirkdə boğulublar.

Bu tunisli mübəlliğ öz feysbuk səhifəsində Ali-Səud sülaləsini istehza edərək “Möminun” surəsinin ilk ayələrinə uyğunlaşdırılmış mətn ilə yazıb:

 «قد أفلح المواطنون، الذين هم لولي العهد مبايعون، والذين هم لقطر مقاطعون، والذين هم للتطبيع مع إسرائيل مؤيدون»

“Səudiyyə vəliəhdi ilə beyət edən vətəndaşlar nicat tapdılar və onlar ki, Qətərə sanksiya tətbiq etdilər və İsrail ilə əlaqələrin adiləşdirilməsini dəstəklədilər”.

Səudiyyə Ərəbistanın vurğunu olan vəhabi sosialçılar bu sözlər ilə “Möminun” surəsinin ayələri arasında heç bir əlaqə olmadan iddia edirlər ki, bu sözlər Quran ayələrinin təhrif və təhqir edilməsidir.

Deyilənlərə görə, bu tunisli din təbliğatçısı Ali-Səud siyasətlərini tənqid etməkdə məşhurdur. O, bundan öncə də Həcc mərasiminin gəlirindən Amerikaya da pay düşdüyü üçün Həccə getmədiyini elan etmişdi.   

http://iqna.ir/fa/news/3697359

Teqlər: iqna ، tunis ، səudiyyə ، quran ، təhrif
captcha