İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadada yaşayan müsəlmanların "əs-Sünnə müsəlmanlar birliyi" (AMA) təlim dərnəylərinin davamında xanımlar üçün yeni təlim kursları başlayacaq.
Bu təlim kurslarında Qurani-Kərim və sünnənin təlim və prinsipləri əsasında xanımlara fərdi şəkildə özünislah və inkişaf proqramları öyrədiləcəkdir.
"Quran baxımından qadının özünüinkişaf proqramı" dərnəyi cari ilin Aprel ayının 15-də, həftənin bazar günü, 15 yaşından yuxarı xanımlar üçün və Ərəb dilində Kanadanın paytaxtı Otava şəhərinin "ər-Rəhman məscidi"ndə keçiriləcəkdir.
Təlim kurslarında "özünüislah və fərdi inkişaf", "insan, yaradılışın möcüzəsi", "agahlıq və qəflət", "pessimist zehn ilə mübarizə" və "dərdli xatirələrin əzabından xilas olmağın yolları" kimi məsələlər xanımlara öyrədiləcəkdir.