IQNA

İngiltərənin "İbrahim (ə) fondu"nda uşaqlara Quran təlimi

7:09 - April 11, 2018
Xəbər sayı: 3483014
İngiltərənin "Həzrət İbrahim (ə) fondu"nda (Abrahamic foundation) uşaqlara maraqlı metodlar ilə Qurani-Kərim öyrədili və İslam maarifi dərsləri keçirilir.

İngiltərənin İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin "Həzrət İbrahim (ə) fondu"nda (Abrahamic foundation) uşaqlara maraqlı metodlar ilə Qurani-Kərim öyrədilir və İslam maarifi dərsləri keçirilir.

İngiltərənin "Həzrət İbrahim (ə) fondu" 2009-cu ildə Qurani-Kərim maarifinin tədris və təlimi sahəsində müsəlman cəmiyyətinin ehtiyaclarını təmin etmək hədəfi ilə bir qrup müsəlman alim və ustadların tərəfindən təsis edilmişdir və o zamandan indiyədək maraqlı metodlar ilə balacalara Quran oxumağı öyrədir. Həmçinin müsəlman uşaqlarının İslami maarif əsasında təlil və tərbiyəsi və onların gələcəkdə münasib peşə və məşğuliyyət tapması üçün çalışır.

Uşaqlar üçün maraqlı dərs proqramları, Quranın hifzi və təcvidi, Ərəb dilini öyrətmək, duaların hifzi, konfransların təşkili, beynəlxalq toplantılar, aylıq xütbələr, ümumi Quran təfsiri və hədis şərhi kursları, qadınların məşvərət iclası, müsəlmanların arasında əlaqələrin möhkəmləndirilməsi üçün şəbəkələrin yaradılması və yeni müsəlmanların elmi məlumatının yüksəldilməsi kimi fəaliyyətlər fondun əsas proqramlarındandır.

"Həzrət İbrahim (ə) fondu"  İngiltərənin "Qərbi Midlandz" (West Midlands) əyalətinin "Smizvik" (Smethwick) rayonunda yerləşir və bu fonda barəsində fondun saytından (http://www.abrahamicfoundation.org.uk) ətraflı məlumat əldə edə bilərsiniz.     

http://iqna.ir/fa/news/3704683

captcha