IQNA

ABŞ və Avropa başçıları Suriyaya həmlə barədə fikirləşirlər

23:19 - April 11, 2018
Xəbər sayı: 3483015
ABŞ, İngiltərə və Fransa başçıları həftə sonuna qədər Suriyaya hərbi hücum barədə müzakirə edib və məsələnin müxtəlif tərəflərini araşdırmaq niyyətindədirlər.

ABŞ və Avropa başçıları Suriyaya həmlə barədə fikirləşirlərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ, İngiltərə və Fransa başçıları həftə sonuna qədər Suriyaya hərbi hücum barədə müzakirə edib və məsələnin müxtəlif tərəflərini araşdırmaq niyyətindədirlər.

Amerikanın "Associated Press" xəbər agentliyi bu xəbəri elan edərək yazdı: Bu vaxta qədər sözü gedən ölkələr tərəfindən Suriyaya hərbi hücum barədə qəti bir qərara gəlinməmişdir.

Bu xəbərə görə, Fransa, İngiltərə və ABŞ başçıları öz müzakirələrində Suriyaya hərbi hücumun müxtəlif senariləri barədə danışıblar. Onların fikrincə bu dəfə keçən ilin Mart ayında ABŞ-ın Hums əyalətinin Şəirat hərbi hava limanına etdiyi hücumdan daha güclü və geniş hərbi hücum həyata keçirilməlidir.

Həmçinin bu ölkələrin başçıları guya Bəşər Əsədin kimyəvi silahlardan istifadəsinin qarşısını almaq bəhanəsi ilə Suriya hərbi qüvvələrinin əsas müdafiə sistemlərinə hücum həyata keçirməyi planlaşdırıblar.

Qeyd edək ki, Avstraliyanın xarici işlər naziri Culi Bişap da elan edib ki, ABŞ və müttəfiqləri Suriyaya hücum edərsə, ölkəsi bu hücumu dəstəkləyəcək.

http://iqna.ir/fa/news/3704991

Teqlər: iqna ، abş ، ingiltərə ، fransa ، suriya
captcha