IQNA

Müsəlman tələbələrin beynəlxalq Quran yarışlarının finalı

12:09 - April 29, 2018
Xəbər sayı: 3483100
Tələbələrinin VI beynəlxalq Qurani-Kərim yarışlarının final mərhələsi Quranın hifzi və qiraəti ixtisası üzrə bu gün, həftənin bazar günü, 29 Aprel 2018-ci il, günün ikinci yarısında keçiriləcəkdir.

Müsəlman tələbələrin beynəlxalq Quran yarışlarının finalıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünya universitetlərinin müsəlman tələbələrinin VI beynəlxalq Qurani-Kərim yarışlarının final mərhələsi Quranın hifzi və qiraəti ixtisası üzrə bu gün, həftənin bazar günü, 29 Aprel 2018-ci il, günün ikinci yarısında keçiriləcəkdir.

Müqəddəs Məşhər şəhərində, yerli vaxtla saat 15:00-da başlayacaq Qurani-Kərim yarışlarının final mərhələsində beşi qari və beşi hafiz olmaqla 10 nəfər iştirak edəcək.

Yarışçılar bu gün səhər müqəddəs Məşhəd şəhəri ilə tanış olublar. Onlar tarixi yerləri və muzeyləri ziyarət edib və şəhərin bazarlarına baş çəkiblər.

Qeyd edək ki, dünya universitetlərinin müsəlman tələbələrinin VI beynəlxalq Qurani-Kərim yarışları cari həftənin Cümə günü, 27 Aprel 2018-ci il, İranın Məşhəd şəhərində 42 nəfər tələbənin iştirakı ilə öz işinə başlamışdı və bu axşam, 29 Aprel 2018-ci il, final yarışlarından sonra, yerli vaxtla saat 21:00-da yekun mərasimi keçirərək öz işini sona çatdıracaqdır.

http://khorasan.iqna.ir/fa/news/3710036

captcha