IQNA

ƏNSARULLAH işğalçıların gəmisini vurdu

13:12 - June 13, 2018
Xəbər sayı: 3483317
Yəmənin ƏNSARULLAH hərəkatının hərbi qüvvələri Hədidə əyalətinin sahilləri yaxınlığında BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) döyüş gəmisni vuraraq məhv etdi.

ƏNSARULLAH işğalçıların gəmisini vurduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin ƏNSARULLAH hərəkatının hərbi qüvvələri Hədidə əyalətinin sahilləri yaxınlığında BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) döyüş gəmisni vuraraq məhv etdi.

Bu hadisə Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Hədidə əyalətində əməliyyata başlamasından bir neçə saat sonra baş verib.

BƏƏ-nin iki döyüş gəmisi əsgərləri və döyüş sursatını daşıyırdı. Gəminin məqsədi Hədidə şəhərinin sahilinə yaxınlaşmaq idi. Gəmilərdən biri "Ğəlifqə" rayonu ərazisində ƏNSARULLAH qüvvələri tərəfindən vurularaq məhv edildi və digəri isə "Zəqər" adasına tərəf qaçıdı.

Yəmənin ali inqilab komitəsinin rəisi Məhəmməd Əli Husi bu barədə dedi: Allahın lütfü ilə Səudiyyə - ABŞ və onların müttəfiqlərinə aid olan döyüş gəmisi vuruldu.

Xəbər mənbələrinin yaydıqları digər xəbərdə isə ƏNSARULLAH döyüşçülərinin "BƏDR 1" raketi ilə Ərəbistanın Cazan əyalətindəki əl-Feysəl hərbi qərargahının hədəfə alındığı deyilir.    

http://iqna.ir/fa/news/3722460

Teqlər: iqna ، yəmən ، bədr 1 ، döyüş gəmisi
captcha