IQNA

Seneqalda "Seyidlərin İslamdakı yeri" adlı iclası keçiriləcək

23:12 - June 27, 2018
Xəbər sayı: 3483386
İran İslam Respublikasının Seneqaldakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü və Seneqalın "ticaniyyə təriqəti"nin həmkarlığı ilə "Seyidlərin İslamda yeri" adlı dini toplantı keçiriləcək.

Seneqalda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Seneqaldakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü və Seneqalın "ticaniyyə təriqəti"nin həmkarlığı ilə "Seyidlərin İslamda yeri" adlı dini toplantı keçiriləcək.

Bu dini iclas Afrika ölkəsi olan Seneqalın "Ticaniyyə təriqəti"nin "Abdullah Gi" qolunun həmkarlığı, bu ölkədəki digər Sufiyyə təriqətlərinin nümayəndələrinin və Seneqalın mədəni və dini şəxsiyyətlərinin iştirakı ilə cari həftənin şənbə günü, 30 İyun 2018-ci il Seneqalın Fətik əyalətinin Danqan şəhərində keçiriləcək. Bu şəhər paytaxt Dakarın 160 km.-liyində yerləşir.

İclasda qısa sənədli filmlər nümayiş olunacaq, qəsidələr oxunacaq və İran İslam Respublikası və Seneqalın müştərək mədəniyyət və incəsənət məhsulları sərgilənəcək.   

Qeyd edək ki, Seneqalın bir çox vətəndaşları, xüsusi ilə də dini rəhbərləri İmam Həsən (ə) nəslindən olan "Həsəni" seyyidlərdirlər.

http://iqna.ir/fa/news/3726023

captcha