IQNA

ƏNSARULLAH Yəmənin cənubunda strateji ərazilərin kontrolunu ələ alıb

19:34 - June 30, 2018
Xəbər sayı: 3483397
ƏNSARULLAH hərəkatının silahlı qüvvələri Yəmənin keçmiş prezidenti Əbdirəbbi Mənsur Hadinin güclərini geriyə qovaraq Yəmənin cənubundakı Ləhəc əyalətinin strateji ərazilərində kontrolu ələ alıblar.

ƏNSARULLAH Yəmənin cənubunda strateji ərazilərin kontrolunu ələ alıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin ƏNSARULLAH hərəkatının silahlı qüvvələri Yəmənin keçmiş prezidenti Əbdirəbbih Mənsur Hadinin güclərini geriyə qovaraq Yəmənin cənubundakı Ləhəc əyalətinin strateji ərazilərində kontrolu ələ alıblar.

Bu barədə Yəmənin müdafiə nazirliyinin hərbi xəbər qaynağı məlumat verib. Bu xəbər mənbəyi Rusiyanın Suputnik xəbər agentliyi ilə müsahibəsində elan edib ki, bir neçə gün öncə Mənsur Hadiyə bağlı silahlıların Səudiyyənin hərbi hava qüvvələrinin dəstəyi ilə Yəmənin cənubuna soxulmasının ardınca Yəmənin ƏNSARULLAH döyüşçüləri keçirdikləri əməliyyatlar nəticəsində işğal edilmiş əraziləri geri alaraq, Ləhəc əyalətinin Qübeytə şəhərində kontrolu ələ alıblar.

Həmin xəbər mənbəyə əlavə edib ki, Yəmənin ƏNSARULLAH döyüşçüləri Qübeytə şəhəri ərazilərindəki Xümeys yüksəkliklərini ələ keçiriliblər. Hazırda Səudiyyə koalisiyasının hərbi hava qüvvələri həmin ərazilərdə uçuş keçirirlər.

http://iqna.ir/fa/news/3726278

Teqlər: iqna ، yəmən ، Ənsarullah
captcha