IQNA

Ustad Mərifətin "Quran tarixi" kitabı Tayi dilində nəşr edildi

6:22 - July 04, 2018
Xəbər sayı: 3483418
İranlı təfsirçi, Quran elmləri ustadı və tədqiqatçı Ayətullah Məhəmmədhadi Mərifətin "Quran tarixi" kitabı Taylandda "tayi" dilinə tərcümə və min nüsxə tirajla "tap" formatında nəşr edildi.

Ustad Mərifətin İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, iranlı təfsirçi, Quran elmləri ustadı və tədqiqatçı Ayətullah Məhəmmədhadi Mərifətin "Quran tarixi" kitabı Taylandda "tayi" dilinə tərcümə və min nüsxə tirajla "tap" formatında nəşr edildi.

İslami əlaqələr və mədəniyyət təşkilatının rəsmi informasiya portalının bu barədə paylaşdığı xəbərə əsasən, bu kitabın tərcüməsi və çapı İran İslam Respublikası Taylanddakı Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə həyata keçirilmişdir.

Bu kitabın tərcümə və çapı İran İslam Respublikasının müxtəlif ölkələrdki Mədəniyyət Əlaqələri İdarələri, o cümlədən Taylanddakı Mədəniyyət Əlaqələri İdarəsi ilə İslami əlaqələr və mədəniyyət təşkilatının birgə layihəsi əsasında həyata keçirilir.

Layihənin əsas hədəfi İslam və İran mütəfəkkirlərinin elmi düşüncələri və İslam maarifini, Fars dili və ədəbiyyatını digər dillərə tərcümə edərək müxtəlif millətlərə tanıtmaq və həmçinin xarici tərcüməçi və naşirləri İslami və İrani kitabların tərcüməsinə həvəsləndirərək bu kitabları dünya bazarına çıxarmaqdır.

Qeyd edək ki, iranlı təfsirçi, Quran elmləri ustadı və tədqiqatçı Ayətullah Məhəmmədhadi Mərifətin "Quran tarixi" kitabı Qurani-Kərimin vəhy katibləri vasitəsi ilə kitabət edilməsi, Quranın toplanması, vəhy, nüzul və kitabət kimi məfhumların izahı, xəlifələr dövründə Quranın toplanması və İmam Əlinin (ə) Qurani-Kərimin yazılması və toplanmasında rolu kimi mövzuları ehtiva edir.  

http://iqna.ir/fa/news/3727316

captcha