IQNA

Taylandda buddistlərin korrupsiyalarına qarşı layihə

6:55 - July 08, 2018
Xəbər sayı: 3483431
Taylandda buddistlərin rəhbərlərinin korrupsiyaları ilə mübarizə üçün Buddizm şurasının qanunlarına yenidən baxılması üçün layihə hazırlanıb.

Taylandda buddistlərin korrupsiyalarına qarşı layihəİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Taylandda buddistlərin rəhbərlərinin korrupsiyaları ilə mübarizə üçün Buddizm şurasının qanunlarına yenidən baxılması üçün layihə hazırlanıb.

Taylandın milli məclisi və qanuniverici parlamenti Buddistlər Şurasının qanunlarına yenidən baxılması və islah edilməsi üçün layihə hazırlayıb və layihə parlamentdə təsdiq edilib.

Bu layihə Buddistlər şurasının və buddistlərin rəhbərlərinin iqtisadi yeyintilərinin, rüşvətxoruluqlarının və təşkilatlanmış korrupsiya və cinayətlərinin qarşısını almaq üçün nəzərdə tutulmuşdur.

Buddistlər şurasının əsas üzvləri arasında yaranan ixtilaf, onların buddistlik və manaxlıq kimi müqəddəs rütbələrdən sui-istifadə etməsi və təşkilatlanmış şəkildə korrupsiya ilə məşğul olmaları dövləti belə bir addım atmağa məcbur edib.

İran İslam Respublikasının Taylanddakı Mədəniyyət Əlaqələri İdarəsi  bu xəbəri elan edərək bildirdi: Buddistlər şurasının qanunları islah edildikdən sonra bu şuranın bir neçə nəfər üzvünün əlində olan dini hakimiyyət gücü onlardan alınacaq və şuranın üzvləri padşah tərəfindən seçiləcəkdir.

Buddistlər şurasının (SİNQA) qanunlarının islahı layihəsi dövlət parlamentində 217 müvafiq rəylə təsidq edilib və yaxın zamanlarda bu islahata həyata keçiriləcəkdir.

Qeyd edək ki, sinqlər və ya buddizm şurası bütün ölkədə məbəd və manastırların idarəçiliyi işinə baxırdılar.

http://iqna.ir/fa/news/3728231   

 

 

Teqlər: iqna ، sinklər ، sinqa ، manastır ، manax ، buddist
captcha