IQNA

Özbəkistanda 13 məscidin yeni istifadəyə verildi

23:54 - July 10, 2018
Xəbər sayı: 3483445
Cari ilin (2018) ilk günlərindən indiyədək (İyul, 2018) 13 yeni məscid tikilərək namazqılanların istifadəsinə verilib və həmçinin təmirdən sonra yenidən fəaliyyətə başlayıb.

Özbəkistanda 13 məscidin yeni istifadəyə verildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin (2018) ilk günlərindən indiyədək (İyul, 2018) 13 yeni məscid tikilərək namazqılanların istifadəsinə verilib və həmçinin təmirdən sonra yenidən fəaliyyətə başlayıb.

Özbəkistan respublikasının Müsəlmanların İşi Üzrə İdarəsinin müftisi Osmanxan Əlimov bu barədə deyib: Cari ilin (2018) əvvəlindən 2018-ci ilin İyul ayınadək ölkədə on üç məscid tikilərək və ya təmir edilərək yenidən müsəlmanların istifadəsi üçün xalqa təhvil verilib və fəaliyyətə başlayıb. Bu on üç məscidin yeddisi ölkənin Sərxandərya əyalətində istifadəyə verilib. Bu yeddi məscid yeni tikilmişdir.

İran İslam Respublikasının Özbəkistandakı Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsi bu xəbəri elan edərək deyib: Özbəkistan respublikasının Müsəlmanların İşi Üzrə İdarəsinin müftisi Osmanxan Əlimov bu məlumatı "Özbək və Qazax - iki qardaş millətin müştərək dəyərləri" adlı beynəlxalq toplantıda çıxış edərkən verib. Bu toplantı Özbəkistan və Qazaxıstan ölkələrinin illik proqramları çərçivəsində təşkil olunub.

http://iqna.ir/fa/news/3728976

Teqlər: iqna ، özbəkistan ، qazaxıstan ، məscid
captcha