İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlinin "Kanziyus Katolik Mətkəbi" hicablı müsəlman xanımı işə qəbul etməsi bu ölkədə müxtəlif reaksiyalar ilə qarşılandı.
"Kanziyus Katlik Məktəbi"nin bu addımından sonra Almaniyanın Berlin şəhərinin "Berlin məktəbləri azadlığı" işçi qrupunun məsulları həmin məktəbin qərarını müdafiə edərək elan ediblər ki, bu şəhərin xüsusi məktəblərinin qapıları hicablı müəllimələrin üzünə açıqdır.
İran İslam Respublikasının Berlindəki Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinin verdiyi məlumata görə, "Berlin məktəbləri azadlığı" işçi qrupunun məsulları hicablı müsəlman xanımların işə götürülməsinə qarşı olanların ziddinə mövqe sərgiləyərək işə götürülmək üçün müəllimin zahirinin deyil, öz peşəsinə vurğunluğunun və bacarığının meyar olduğunu öncə çəkib.
Qeyd edək ki, Berlin qanunlarına görə, müəllimlər öz məzhəbi simvolları üzərlərində daşıdıqları zaman dərs deyə bilməzlər. Amma bu qanun xüsusi məktəblərə aid deyildir.
"Berlin məktəbləri azadlığı" işçi qrupunun məsulları biri olan Anderyas Vaqner vurğulayıb: Məktəbin məsulları məzhəbi məsələlərə qarışmamalı və təlim işləri məğul olmalıdırlar. Müəllimənin hicablı olması terrorizm simvolu deyil, əksinə məktəbdəki tolerantlığın göstəricisidir.
http://iqna.ir/fa/news/3730989