IQNA

Həcci siyasiləşdirən Səudiyyə rejimi məhkəməyə verildi

11:04 - July 18, 2018
Xəbər sayı: 3483491
Beynəlxalq Hərəmeyn Şərifeyn Nəzarət Şurası BMT İnsan Hüquqları Şurası və Avropa Parlamentinin İfadə və Etiqad Azadlığı Komitəsinə Səudiyyə rejimi əleyhinə həcci siyasiləşdirdiyi üçün iddia qaldırıb.

Həcci siyasiləşdirən Səudiyyə rejimi məhkəməyə verildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Beynəlxalq Hərəmeyn Şərifeyn Nəzarət Şurası BMT-nin İnsan Hüquqları Şurası və Avropa Parlamentinin İfadə və Etiqad Azadlığı Komitəsinə ayrı-ayrılıqda göndərdiyi məktublarda, Səudiyyə rejimi əleyhinə həcci siyasiləşdirdiyi üçün iddia qaldırıb.

Beynəlxalq Hərəmeyn Şərifeyn Nəzarət Şurası bu məktublarda, Səudiyyə rejimi tərəfindən hacıların dini haqlarının artan şəkildə pozulmasının narahatedici bir hal olduğunu bildirib.
Məktubda, həmçinin Ər-Riyadın ümrəyə gedən müsəlmanları həbs etdiyi və geri göndərməyə davam etdiyi qeyd olunaraq, indiyə qədər xeyli sayda müsəlmanın fərqli siyasi baxış və inanclarını dilə gətirdiyi üçün həcc əməllərini yerinə yetirə bilmədiyi bildirilib. /deyerler.org/
captcha