IQNA

Restoran xidmətçisinin "islamofobiya"dan xatirəsi

20:37 - July 21, 2018
Xəbər sayı: 3483506
ABŞ-da xidmətçilərin muzdları aşağı olduğu üçün müştərilər onlara "ənam" verirlər. Qəbzin üzərində operatorun adının "Xəlil" olduğunu görən müştəri onu müsəlman hesab edərək belə bir "not" göndərir.

Restoran xidmətçisinin İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Khalil Cavil" Amerikada yaşayan xristiyandır. O, Tegzas əyalətinin restoranların birində xidmətçi (ofisiant) və qarson işləyir.

Xəlil Kavil sosial şəbəkələrdə paylaşdığı bir yaddaştda onu müsəlman sayaraq "islamofob" hərəkət edən müştərisindən danışıb.

Restorana ödəniş qəbzinin üzərindəki "islamofob" yaddaştın fotosunu paylaşan Xəlil yazır: "Dünən gecə işlədiyim yerdə mənə belə bir "not" göndərdilər. Bir an heç nə fikirləşə və ya bir iş görə bilmədim, donub qalmışdım. Çox qüssələndim. Bu yaddaşt göstərir ki, irqçilik və ayrı-seçkilik hələ də davam edir. Təbiidir ki, bu yeni bir şey deyil və sizin də qarşınıza çıxa bilər. Amma bu hadisə mənə öyrətdi ki, yaşamaq üçün doğru yol seçməliyəm. Nifrətlə dolu şəxslərin sözləri davam edəcəkdir, bu isə mənə öz taleyimi tapmaqda və öz aqibətimi təyin etməkdə kömək edəcəkdir".

روایت پیشخدمت مسیحی از یک یادداشت اسلام‌ستیزانه/ در حال تکمیل

Xəlilin paylaşdığı "ödəniş qəbzi" şəkilinin üzərində "biz terroristə hədiyyə vermirik" yazılıb. Amerikada xidmətçilərin muzdları aşağı olduğu üçün müştərilər onlara "ənam" verirlər. Qəbzin üzərində operatorun adının "Xəlil" olduğunu oxuyan müştəri onu müsəlman hesab edərək belə bir yaddaşt göndərir.  

http://iqna.ir/fa/news/3731745 

captcha