IQNA

Suriyada müharibənin başlandığı gündən nə qədər uşaq həyatını itirib?

6:11 - July 29, 2018
Xəbər sayı: 3483555
2011-ci ildən bəzi Qərb və Ərəb ölkələrinin dəstəyi ilə terrorçular Suriyanın bir sıra ərazisini işğal edib. Bu müharibədə indiyədək minlərlə insan öldürülüb, yaralanıb.

Suriyada müharibənin başlandığı gündən nə qədər uşaq həyatını itirib?İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyada müharibənin başladığı gündən indiyədək  7 mindən artıq uşaq həyatını itirib, yada əlil olub.  Bunu BMT-nin Baş Katibinin  silahlı qarşıdurmalarda uşaqların durumu ilə bağlı xüsusi nümayəndəsi  Virginia  Gamba deyib. 

BMT-nin Təhlükəsizlik Şurasını Suriyadakı humanitar vəziyyət barədə məlumatlandıran B.Gamba, öldürülən, yaralanmış, döyüşçü kimi istifadə edilən və cinsi istismara məruz qalan uşaqlar üçün "təsəvvür edilə bilməz" ifadəsini deyib. 

Onun sözlərinə gör, cari ilin əvvəlindən 1200 dən çox uşağ zorakılığa məruz qalıb,  600-dən çox uşaq öldürülüb və ya əlil olub. "Suriyada müharibənin başlanğıcından etibarən 7-dən çox uşaq həyatını itirdi, yalnız bu təsbit edə bildiyimiz rəqəmdir, qeyri rəsmi rəqəmlər öldürülən uşaqların sayının 20 mindən çox olduğunu göstərir." 

2011-ci ildən bəzi Qərb və Ərəb ölkələrinin dəstəyi ilə terrorçular Suriyanın bir sıra ərazisini işğal edib. Bu müharibədə indiyədək minlərlə insan öldürülüb, yaralanıb.  Suriyanın 23 milyon nəfərlik əhalisinin yarısından çoxu evlərindən didərgin düşüb. (maide.az)

captcha