İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əlcəzayirin "Ğəlizan" şəhərində qidadan zəhərlənən 23 nəfər Qurani-Kərim hafizi xəstəxanaya yerləşdiriliblər.
Bu Quran hafizləri Ğəlizan şəhərinin "əl-Qətar" rayonunda bir məsciddə qədim yerli qida növü olan "Ərəb Bülğuru" adlı yeməyi yedikdən sonra zəhərləniblər.
Zəhərlənən Quran hafizləri təcili olaraq Mazunə şəhərinin "Əhməd ibn Hətşi" xəstəxanasına götürülüblər. Quran hafizlərinin 15 nəfəri ambulator müalicədən sonra evə buraxılıblar, digər səkkiz nəfər isə xəstəxanada müalicə edilirlər.
Zəhərlənən şəxslər Əlcəzayirin cavan Quran hafizləri olublar. Onların ən kiçiyi 15, ən böyüyü isə 32 yaşlarında olub.