İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyada yaşayan iranəsilli müəllif, araşdırmaçı və yazar Nəvid Kermaninin Alman dilincə qələmə aldığı "ALLAH gözəldir" kitabı cari ildə Almaniyada çap və nəşr edilmişdir.
ALLAH və dinə Quran askepti və prizmasından yanaşan bu kitab 2018-ci ildə 546 səhifdə çap və nəşr edilərək Almaniyanın kitab bazarına çıxarılmışdır.
İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin informasiya portalı bu kitab barədə yazır: Qurani-Kərim Həzrət Məhəmmədin (s) ən böyük möcüzəsidir. Gözəl dil quruluşu və ədəbi tərkibi vardır. Nəvid Kermani öz kitabında bu müqəddəs kitabın ecazkar çalarlarından biri və həmişə İslam mədəniyyətində diqqət mərkəzində olan "musiqili oxunuş və şairanə (poetik) mətn" məsələsinə aydınlıq gətirməyə çalışmışdır. Çünki qərb ədəbiyyatında indiyədək Qurani-Kərimin estetik fenomeniyasına diqqət göstərilməmişdir.
Müsəlman yazarlar həmişə Qurani-Kərimin ədəbi keyfiyyətinə daha çox yönəlmişlər. Amma Nəvid Kermani Vəhyin gözəlliyini ədəbi araşdırmalarda deyil, estetik fenomeniyası ilə göstərməyə çalışmışdır.
İncəsənət və din arasında əlaqəni təsvir edən bu kitab İslamın əsas mövzuları barədə oxuculara maraqlı və faydalı məlumatlar ötürə biləcəkdir.