IQNA

Misrdə "Əbul-Hövl"ün yeni heykəli tapıldı

9:40 - August 06, 2018
Xəbər sayı: 3483602
Misrin "əl-Əqsər" əyalətində arxeoloji qazıntılar zamanı qədim Misrin əfsanəvi nəhəngi Sfinksin (Əbul-Hövl) yeni heykəli tapılıb.

Misrdə İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin "əl-Əqsər" əyalətində arxeoloji qazıntılar zamanı qədim Misrin əfsanəvi nəhəngi Sfinksin (Əbul-Hövl) yeni heykəli tapılıb.

Misrin "əl-Əqsər" əyalətinin arxeoloji tapıntılar təşkilatının baş direktoru Məhəmməd Əbdüləziz bu heykəlin "Əqsər" məbədini Karnaq məbədinə birləşdirən "Əl-Kəbaş" şossesinin genişləndirilməsi əməliyyatında tapıldığını deyib.

O deyib ki, bu heykəlin torpaqdan çıxarılması üçün işlər davam edir. Heykəlin hazırkı vəziyyətində onu torpaq altından çəkib çıxartmaq mümkün deyil.

Heykəlin bədəni şir və başı insan başıdır. Misrin Tarixi Abidələr və Arxeoloji Qazıntılar naziri Xalid İnani heykəli görmək üçün qazıntı yerinə baş çəkib.    

http://iqna.ir/fa/news/3736155  

captcha