IQNA

İmam Hüseynin (ə) zərihi kiçik güzgülər ilə nəfis bəzədilir - FOTO

10:53 - August 06, 2018
Xəbər sayı: 3483607
Zərihin kiçik güzgü parçaları ilə bəzədilməsi layihəsi İmam Hüseyn (ə) hərəminin daxili ərazisinin inkişaf etdirilməsi layihəsi çərçivəsində və ziyarətin asanlaşdırılması məqsədilə həyata keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseynin (ə) hərəmində zərihin ətrafındakı eyvanın divar və tavanı kiçik güzgü parçaları ilə nəfis bəzədilir. 

Maide.Az  “imamhussain.org” saytına istinadən xəbər verir ki, hazırda zərih ətrafında aparılan işlərin 80 faizi bitib və qalan işlərin tez bir zamana bitəcəyi bildirilir. 

Zərih ətrafında  divar və tavanın kiçik güzgü parçaları ilə bəzədilməsi layihəsi İmam Hüseyn (ə) hərəminin daxili ərazisinin inkişaf etdirilməsi layihəsi çərçivəsində və zəvvarların gediş-gəlişini asanlaşdırmaq məqsədilə həyata keçirilir. 

 
 
Teqlər: imam hüseyn ، iqna ، kərbəla
captcha