IQNA

Ərəbistanda dini xütbələri qiymətləndirən proqram

6:30 - August 08, 2018
Xəbər sayı: 3483617
Ərəbistan bu proqramı dini xütbələrə nəzarət, məscidlərdə namazın və dini xütbələrinin vaxtlarının kontrol edilməsi və xətibin xütbə söylədiyi müddəti bilmək üçün sifariş vermişdir.

Ərəbistanda dini xütbələri qiymətləndirən proqramİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, yaxın zamanda Səudiyyə Ərəbistanda vəhabi xətiblərinin dini xütbələrini qiymətləndirən proqram istehsal ediləcəkdir.

Bu proqramı mobil cihaz istifadəçiləri öz telefonlarının üzərinə yükləyərək proqramdan istifadə edə biləcəklər.

Ərəbistan bu proqramı dini xütbələrə nəzarət, məscidlərdə namazın və dini xütbələrinin vaxtlarının kontrol edilməsi və xətibin xütbə söylədiyi müddəti bilmək üçün sifariş vermişdir.

Səudiyyə Ərəbistanın İslami İşlər Naziri Əbdüllətif Ali-Şeyx bu barədə dedi: Bu proqram bizə məscidləri, xütbələrinin zamanını və möhtəvasını kontrol etmək imkanı yaradacaqdır.

Qeyd edək ki, Səudiyyə dövləti hazırda "dini dialoqun islahı"na çalışır və istəyir ki, dini xütbələrin mətnlərini eyniləşdirsin.  

http://iqna.ir/fa/news/3736843

captcha