IQNA

ĞƏDİR-Xum xütbəsi 6 dilə audio tərcümə edildi

17:39 - August 22, 2018
Xəbər sayı: 3483713
İmam Əli (ə) ziyarətgahının "intellektual və mədəni əlaqələr şöbəsi"nin nəzdində fəaliyyət göstərən "İmam Əli (ə) Tərcümə Mərkəzi" ĞƏDİR-XUM xütbəsini dünyanın altı canlı dilinə audio tərcümə etdi.

ĞƏDİR-Xum xütbəsi 6 dilə audio tərcümə edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərində yerləşən Əmirəlmöminin İmam Əli (ə) ziyarətgahının "intellektual və mədəni əlaqələr şöbəsi"nin nəzdində fəaliyyət göstərən "İmam Əli (ə) Tərcümə Mərkəzi" ĞƏDİR-XUM xütbəsini dünyanın altı canlı dilinə audio tərcümə etdi.

Əmirəlmöminin İmam Əli (ə) ziyarətgahının "intellektual və mədəni əlaqələr şöbəsi"nin nəzdində fəaliyyət göstərən "İmam Əli (ə) Tərcümə Mərkəzi" həmin ziyarətgahın "kitabxanalar şöbəsi"nin həmkarığı ilə gördüyü bu dəyərli iş İraqın media qrumları, radio, televiziya və digər "kiv"ləri vasitəsi ilə yayımlanacaqdır.

"İmam Əli (ə) Tərcümə Mərkəzi"nin ümumi əlaqələr və koordinasiya şöbəsinin məsulu Həsəneyn İmad Şəbi bu xəbəri elan edərək deyib: ĞƏDİR-XUM xütbəsini İngilis, Fransız, Alman, Türk, Urdu və Fars dilinə audio tərcüməsi işi başa çatıb. Bu tərcümələr Həcc mərasimi günlərində və Qədir-Xum bayramı münasibəti ilə İmam Əlinin (ə) ziyarətgahının "Heydəri eyvanı"nda yerləşən "Peyk Tele-Radio Qülləsi"ndən yayımlanacaqdır.   

http://iqna.ir/fa/news/3740696

captcha