İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "rasidil-ixbariyyə" informasiya portalına istinadla verdiyi xəbərə görə, müqəddəs Məkkə və Mədinə şəhərinin "Hərəmeyni-Şərifəynin işləri idarəsi" Qurani-Kərimin və dini məsələlərin hacılara öyrədilməsi hədəfi ilə zəvvarlar üçün kiçik dəstələrdə təlim kursları təşkil edirlər.
Bu barədə verilən məlumata görə, Zil-Hiccə ayının və Həcc mərasiminin sonunadək keçiriləcək bu kursların sayı 421 civarında olacaqdır.
Bu təlim kurslarında 79 dini müəllim və mübəlliğ fəaliyyət göstərirlər. Onların fəaliyyəti Zil-Hiccə ayının sonunadək davam edəcəkdir.