İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Efiopiyadakı Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Seyid Həsən Heydəri Efiopiyanın "müsəlman alimlər birliyi"nin rəisi Şeyx Ömər İdris ilə görüş keçirib.
Görüş zamanı İran İslam Respublikasının Efiopiyadakı Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Seyid Həsən Heydəri İranın dini və mədəni sahələrdə fəaliyyət və inkişafından danışaraq ölkəsinin bu İslami təşkilat ilə dini, elmi və mədəni məsələlərdə həmkarlıq etməyə hazır olduğunu bildirib.
Efiopiyanın "müsəlman alimlər birliyi"nin rəisi və müsəlmanların baş müftisi Şeyx Ömər İdris də İranın İslam İnqilabının müsəlman dünyasındakı təsirindən, İranın müsəlmanların vəhdət çağırışçısı olmasından və hər il keçirilən vəhdət konfransından danışaraq vurğulayıb ki, həmişə İran İslam Respublikasının başıucalığı və nailiyyətləri üçün duaçıdır.
http://iqna.ir/fa/news/3741545