IQNA

Təcili tibbi yardım işçilərinin Quran yarışları sona çatdı

9:06 - September 15, 2018
Xəbər sayı: 3483861
İran İslam Respublikasının Təcili Tibbi Yardım (115) işçilərinin Qurani-Kərim yarışlarının 1-ci turunun yekum mərasimi keçirilib.

Təcili tibbi yardım işçilərinin Quran yarışları sona çatdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Təcili Tibbi Yardım (115) işçilərinin Qurani-Kərim yarışları və yarışların 1-ci turunun yekun mərasimi keçirilib.

Cari həftənin Cüməaxşamı günü, axşam saatlarında (13 Sentyabr 2018-ci il) Tehranın Quran Mədəniyyət Sarayının “Hüda” toplantı salonunda keçirilən yekun mərasimində İranın Təcili Tibbi Yardım Nazirliyinin rəisi Pirhüseyn Kulivənd, Tehranın Mədəniyyət və İncəsənət Təşkilatının rəisi Səid Övhədi, Tehranın Təcili Tibbi Yardım idarəsinin rəisi Peyman Sabiri və Tehranın Quran Mədəniyyət Sarayının rəisi Əliəkbər Topçu iştirak ediblər.

Mərasim yarışların qiraət ixtisası üzrə qalibi Nəsrullah Bəriçinin Quran qiraəti ilə başlayıb. Sonra isə İranın Təcili Tibbi Yardım Nazirliyinin rəisi Pirhüseyn Kulivənd çıxış edib.

O deyib: Bu yarışları keçirməkdə hədəfimiz cəmiyyətin mədəni, dini və Qurani fəaliyyətlərini genişləndirmək, işçilərin fərdi, ictimai və iş rəftarlarında dini təlimlərin təsirini çoxaltmaqdır. Çünki bu yarışlar və Quranla ünsiyyət bizim əməllərimizdə və sözümüzdə mənəvi təsirlər qoyur, insanı ictimaiyyətdəki zərərli zərbələrdən qoruyur, dini mədəniyyətin güclənməsinə və nəticədə cəmiyyətə daha yaxşı xidmət etməyə səbəb olur.

Kulivənd vurğulayıb: Bu, Təcili Tibbi Yardım işçiləri arasında keçirilən ilk Quran yarışları idi. Yaxşı qarşılandı. Birinci mərhələdə 2 min nəfər iştirakçı var idi. Bu iki min nəfərdən 150 nəfəri final mərhələsində yarışdılar.

Mərasimin davamında nazirliyinin fəal işçilərindən üç nəfərinə simvolik olaraq “İmam Hüseyn (ə) əzadarı” nişanı verildi.    

Tehranın Quran Mədəniyyət Sarayının rəisi Əliəkbər Topçudan sonra çıxış edən Tehranın Mədəniyyət və İncəsənət Təşkilatının rəisi Səid Övhədi “Məhərrəmlik” mərasimi günlərinə işarə edərək dedi: Bu böyük bir tövfiqdir ki, “məhərrəmlik” əzadarlığı günlərində Təcili Tibbi Yardım Nazirliyinin 15 min nəfər işçisi İmam Hüseynin (ə) zəvvarları və əzadarlarına xidmət edir.

Mərasimin sonunda yarış iştirakçılarından 35 nəfərə qiymətli hədiyyələr verildi.

http://iqna.ir/fa/news/3746659

قرآن کریم اورژانس

پیرحسین کولیوند اورژانس ایکنا

اورژانس مسابقات قرآن

سعید اوحدی مسابقات قرآن اورژانس

نخستین مسابقات قرآن کارکنان اورژانس 115 کشور برگزار شد

نخستین مسابقات قرآن کارکنان اورژانس 115 کشور برگزار شد

 

captcha