IQNA

Yəməndə vəba epidemiyası qurbanlarının sayı 2500 nəfəri keçib

9:25 - September 27, 2018
Xəbər sayı: 3483953
Vəba epidemiyası  2016-cı ilin oktyabr ayından Yəməndə geniş  yayılıb.  2017-ci ildə  bu ölkənin 10 əyalətində  epiddemiya daha geniş yayılıb. Vəbadan paytaxt Sənada ölənlərin sayı daha çoxdur.

Yəməndə vəba epidemiyası qurbanlarının sayı 2500 nəfəri keçibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyasından 2508 nəfərin öldüyünü bildirib.

Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Nazirliyin məlumatına  görə, bu rəqəm 2017-ci ilin aprel ayından indiyədək Yəmənin bütün əyalətlərində ölüm hadisələrinin olduğunu əks etdirir. Epidemiyanın ən çox yayıldığı ərazilər Həddjə, Sana, Hudeydə, Əmran və İbb əyalətləridir.
 
Vəba epidemiyası  2016-cı ilin oktyabr ayından Yəməndə geniş  yayılıb.  2017-ci ildə  bu ölkənin 10 əyalətində  epiddemiya daha geniş yayılıb. Vəbadan paytaxt Sənada ölənlərin sayı daha çoxdur.
 
Səhiyyə Nazirliyinin  məlumatına görə,  2017 –ci ilin may ayından indiyədək ölkənin 22 əyalətindən 20-də  vəba epidemiyasına yoluxanların sayı artır. 
 
Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 
Ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.
Teqlər: iqna ، yəmən ، epidemiya ، vəba
captcha