IQNA

Kərbəlada Xanım Zeynəb səhninin inşası sürətlə davam

9:37 - September 27, 2018
Xəbər sayı: 3483956
İmam Hüseyn ziyarətgahından edilmiş açıqlamaya görə, Kərbəla şəhərində Xanım Zeynəb hərəminin xidmət ərazisininin inşası ilə bağlı işlər 90 faiz yekunlaşıb.

Kərbəlada Xanım Zeynəb səhninin inşası sürətlə davamİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseyn ziyarətgahından edilmiş açıqlamaya görə, Kərbəla şəhərində Xanım Zeynəb hərəminin xidmət ərazisininin inşası ilə bağlı işlər 90 faiz yekunlaşıb.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu barədə məlumatı ziyarətgahın layihə icrası üzrə mühəndisi Hüseyn Riza Mehdi verib. Onun sözlərinə görə, xidmət ərazisinə sanitariya qovşaqları və 14 min kvadrat metrlik yemək zalı daxildir.

Mühəndis əlavə edib ki, xidməti ərazinin yerləşəcəyi bina ikimərtəbəli olmaqla iki zaldan ibarət olacaq. Binanın təməltökmə işlərinin 10 günə yekunlaşacağı qeyd olunub. Həmçinin 2500 kvadrat metrlik tavan örtüyü də Ərbəin ziyarətinədək hazır olacaq.

 
Teqlər: iqna ، kərbəla ، həzət zeynəb
captcha