IQNA

İordaniya ilə Suriya arasındakı keçid məntəqəsi yenidən açıldı

22:16 - September 29, 2018
Xəbər sayı: 3483975
İordaniya ilə Suriya arasındakı "Nəsib" kömrük keçid məntəqəsi yeddi ildən sonra bu gün səhər yenidən fəaliyyətə başlayıb. Bu məntəqə Dəra əyalətində keçirilən hərbi əməliyyatlarda azad edilib.

İordaniya ilə Suriya arasındakı keçid məntəqəsi yenidən açıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniya ilə Suriya arasındakı "Nəsib" kömrük keçid məntəqəsi yeddi ildən sonra bu gün səhər yenidən fəaliyyətə başlayıb.

Bu barədə Suriyanın Nəqaliyyat Nazirliyi bu gün, həftənin Şənbə günü, 29 Sentyabr 2018-ci il, məlumat yayıb. Məlumatda deyilir ki, hal-hazırda iki ölkə arasındakı kömrük keçid məntəqəsindən ağır tonajlı yük maşınları istifadə etməyə başlayıblar. Suriya, İordaniya və Fars Körfəzi ölkələrinin ticarət əmtəələri bu kömrük vasitəsi ilə transfer edilir.

Suriyanın cənub darvazası sayılan bu kömrük keçid məntəqəsinin yenidən öz işinə başlaması həm də bu regionda təhlüksəziliyin və sabitliyin yenidən bərpa edilməsinin, Suriyan böhranının sona yaxınlaşmasının və həmçinin regionda iqtisadi vəziyyətin yaxşılacağının göstəricisidir.

Qeyd edək ki, Nəsib keçid məntəqsini keçən ilin İyun ayında Dəra əyalətində əməliyyatlar keçirən Suriya silahlı qüvvələri terrorçulardan azad ediblər.     

http://iqna.ir/fa/news/3750983  

captcha