IQNA

İsrail Qəzzada keçirilən dinc aksiyada 3 fələstinli şəhid etdi

11:41 - October 06, 2018
Xəbər sayı: 3484003
Ötən gün işğalçı İsrail ordu qüvvələri Qəzzada blokadaya etiraz olaraq keçirilən "Böyük qayıdış" yürüşünün iştirakçılarını atəşə tutub.

İsrail Qəzzada keçirilən dinc aksiyada 3 fələstinli şəhid etdiIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsrail Qəzzada keçirilən dinc aksiyada 3 fələstinli şəhid etdi, 120-dən çox fələstinli yaralandı. Yaralılardan 10-u qadın, 30-u isə uşaqdır. Yaralanmış fələstinlilərdən 7-sinin vəziyyəti ağırdır. 

Ötən gün işğalçı İsrail ordu qüvvələri Qəzzada blokadaya etiraz olaraq keçirilən "Böyük qayıdış" yürüşünün iştirakçılarını atəşə tutub. Son məlumata əsasən, azı 3 fələstinli şəhid olub, onlardan biri azyaşlı uşaqdı. 
 
Hücum zamanı ən az 126 nəfər yaralanıb. İşağlçı İsrail rejim qüvvələri aksiya iştirakçılarına qarşı  həqiqi güllələrdən istifadə edib. (maide.az_
 
Teqlər: iqna ، israil ، fələstin
captcha