
İkna “Ci Tudi” xəbər saytına istinadən xəbər verir ki, Dubay beynəlxalq Quran müsabiqəsi keçirən komitə üçüncü “Şeyxə Fatimə ibn Mübarək” beynəlxalq qadınlar Quran müsabiqəsini keçirməyə tam hazır olduğunu bildirib.
Müsabiqənin hakiminin müşaviri İbrahim Məhəmməd Buməhlə bildirib ki, bir neçə könüllü areoportda iştirakçıları qarşılayacaq. Bir qrup isə iştirakçıları daşımağı, onlara xidməti öhdəsinə götürüb. İştirakçıların Dubaydakı ehtiyaclarını təmin etmək üçün bir qrup könüllü xanım səfər boyu iştirakçılarla birgə olacaq.
İndiyə qədər 63 Quran hafizi olan qadın bu müsabiqədə yarşmaq üçün qeydiyyatdan keçib. Ehtimal olunur ki iştirakçılar gələn dördüncü günə qədər İmarata daxil olsunlar.
Üçüncü “Şeyxə Fatimə ibn Mübarək” beynəlxalq qadınlar Quran müsabiqəsi 4-16 noyabr tarixində keçiriləcək.