İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqlı şiə alim, dini elmlər ustadı, dini araşdırmaçı və mütəfəkkir Məhəmməd Hüseyn Səğirin qələmə aldığı "ət-Təfsirul-Mənhəci lil-Quran" (Quranın sistemli və metodik təfsiri) kitabının təqdimat mərasimi keçirilib.
Kufə universitetində keçirilən təqdimat mərasimində İraqın və digər xarici ölkələrin din alimləri, mədəniyyət xadimləri və universitet ustadları iştirak ediblər.
Kufə Universitetinin "Tərbiyəvi Elmlər İnsitutu"nun professoru Əli Xəzir Həci bu barədə dedi: Bu Qurani nailiyyət 40 il araşdırmadan sonra Həzrət Abbasın (ə) hərəminin idarə heyətinin nəzarəti ilə çap və nəşr edilib. Metodik və sistemli bir təfsirdir və həmçinin uzunmüddətli bir tərcübənin hasilidir.
Kitabın müəllifi Məhəmməd Hüseyn Səğir təqdimat mərasimində deyib: Oxucular bu kitabda təfisr sahəsində yeni bir mühitlə tanış olacaqlar. Təfsirdə qədim və müasir təfsir metodlarından istifadə edilib. Quran təfsirində ən mühüm təfsiri nəzəriyyələr bu kitabda göstərilmişdir. Təfsirin bütün cəhətləri nəzərə alınaraq, təfsir elminin qaydaları əsasında ən doğru və dolğun məfhum və təfsir irəli sürülmüşdür.
Qeyd edək ki, Məhəmməd Hüseyn Səğirin müasir şiə alimi, həm də ədib və şairdir. O, 1940-cı ildə Nəcəf şəhərində anadan olmuşdur. Həzrət Ayətullah Üzma Əbulqasim Xoinin şagirdlərindən biridir. Hövzə təhsilindən əlavə həm də Bağdad və Qahirədə akademik İslami təhsil də almışdır. İndiyədək Quran, Hədis və Ədəbiyyat sahəsində yazılmış 250 elmi işə rəhbərlik etmişdir.