IQNA

İran və Koreya dini toplantısı:

Qurani-Kərimin ətraf mühitin qorunmasına baxışı

23:40 - December 05, 2018
Xəbər sayı: 3484294
İran İslam Respublikası ilə Cənubi Koreya arasında dini dialoq mövzusunda 7-ci toplantı keçirilib. "Dinlər sülh üçün" devizi ilə keçirilən konfransda iki ölkənin dini alimləri iştirak ediblər.

Qurani-Kərimin ətraf mühitin qorunmasına baxışıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikası ilə Cənubi Koreya arasında dini dialoq mövzusunda 7-ci toplantı keçirilib.

Bu dini dialoq İran İslam Respublikasının "Dinlər və Mədəniyyətlərin Dialoqları Mərkəzi"nin və İslami Təbliğat və Əlaqələr Təşkilatının həmkarlığı ilə "dinlər sülh üçün konfransı" çərçivəsində, "din və ətarf mühit" mövzusunda və müsəlman, xristian və buddist alimlərin işitakı ilə bu gün, həftənin 3-cü günü, 5 Dekabr 2018-ci il, günün ikinci yarısında keçirilib.

İran İslam Respublikası və Cənubi Koreya arasında Tehranda "din və ətraf mühitin qorunması" mövzusunda keçirilən 7-ci dini toplantıda Qurani-Kərimin ətraf mühitin qorunması barədə baxışları izah edilib.

Toplantıda İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Xameneinin İslam dünyası məsələləri üzrə müşaviri Ayətullah Məhəmməd Əli Təsxiri, Cənubi Koreyanın "dinlər sülh üçün konfransı"nın rəisi yepiskop Kim Hi Cung, İranın Elmlər Akademiyasının elmi heyətinin rəisi Ayətullah Seyid Mustafa Mühəqqiq Damad, İslami Təbliğat və Əlaqələr Təşkilatı rəisinin baş köməkçisi Höccətul-İslam vəl-müslimin Mehdi İmanipur, Tehranın Dinlər və Məzhəblər Universitetinin müşaviri Məhəmməd Məscid Came, Cənubi Koreyanın "dinlər sülh üçün" dinlərarası dialoq konfransının məsulu Mank Cung Gik işirak ediblər.

http://iqna.ir/fa/news/3770042

Teqlər: iran ، koreya ، quran ، dilaoq
captcha