IQNA

Yeni ŞƏMS təfsirinin təqdimat mərasimi keçiriləcək

22:15 - December 15, 2018
Xəbər sayı: 3484351
Fəqih, müfəssir, İslami elmlər araşdırmaçısı Höccətül-İslam vəl-müslimin Dr. Mustafa Brucerdinin qələmə aldığı 10 cildlik "ŞƏMS" təfsirinin açılış mərasimi sabah İQNA-da keçiriləcəkdir.

Yeni ŞİƏ təfsirinin təqdimat mərasimi keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, fəqih, müfəssir, İslami elmlər araşdırmaçısı Höccətül-İslam vəl-müslimin Dr. Mustafa Brucerdinin qələmə aldığı 10 cildlik "ŞƏMS" təfsirinin açılış mərasimi sabah İQNA-da keçiriləcəkdir.

İmam Həsən Əskərinin (ə) mövlud günü və "Tədqiqat Həftəsi"nin başlaması münasibəti ilə keçiriləcək bu mərasimdə İran İslam Respublikasının Milli Elmlər Akademiyasının elmi heyətinin rəisi Ayətullah Seyyid Mustafa Mühəqqiq Damad, "Universitet Cihadı" təşkilatının məsulları, İQNA-nın məsulları, siyasi, elmi və mədəni şəxsiyyətlər iştirak edəcəklər.

Həmçinin ŞƏMS təfsiri çap və nəşr edən BUSTAN nəşriyyatının rəisi Məhəmmədbaqir Ənsari də təqdimat mərasimində iştirak edəcəkdir.  

ŞƏMS təfsiri 10 cilddə yazılmışdır. Bu qiymətli əsərin yazılması üçün 11 il vaxt sərf edilmişdir.

Yeni ŞƏMS təfsirinin təqdimat mərasimi keçiriləcək

ŞƏMS təfsirinin açılış mərasimi sabah, həftənin bazar günü, 16 Dekabr 2018-ci il, İmam Həsən Əskərinin (ə) mübarək mövludu günü, günün birinci yarısında, Tehran vaxtı ilə saat 10:00-da İQNA-nın konfrans salonunda keçiriləcəkdir.

Qeyd edək ki, ŞƏMS (Şərhu-maarifi süvər) (شمس – شرح معارف سُور) adlanan bu təfsirin müəllifi fəqih, müfəssir, İslami elmlər araşdırmaçısı Höccətül-İslam vəl-müslimin Dr. Mustafa Brucerdi İran İslam Respublikasının Tunisdəki səlahiyyətli səfiridir və bu kitabı Tunisə səfir getməmişdən öncə başlamış və səfir olduğu müddətdə yekunlaşdırmışdır.

http://iqna.ir/fa/news/3772345

Teqlər: iqna ، səfir ، təfsir ، şəms ، tunis
captcha