İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın müxtəlif ölkələrində yaşayan xristianlar yeni milad ilinin (2019) başlanması münasibəti ilə bayram şənlikləri keçiriblər.
2019-cu ilin başlanması münasibəti ilə keçən gecə (31 Dekabr 2018-ci il) dünyanın hər yerində, Asiya, Avropa, Afrika və Amerika ölkələrində, müxtəlif yeni il bayramı şənlikləri keçirilib.
BƏƏ-nin Dubay şəhərində insanlar Xəlifə qülləsini bəzəyərək bayram ediblər. Parisin də Şanzelizə xiyabanı çilçıraqlarla bəzədilib. Dünyanın Almaniya, Yunan, Rusiya, Sinqapur, Filippin, Kenya və Koreya kimi ölkələrində də xristianlar milad bayramını keçiriblər.
http://iqna.ir/fa/news/3777468