IQNA

Suriyada Xanım Zeynəbin (s.ə) hərəmində mövlud mərasimləri keçiriləcək

9:39 - January 08, 2019
Xəbər sayı: 3484491
Xanım Zeynəbin (s.ə) mövlud günü ərəfəsində müxtəlif mövlud mərasimləri təşkil olunacaq. Bunu  Ali Məqamlı Rəhbərin  Suriyadakı nümayəndəlik ofisinin rəis müavini  Höccətül-İslam  Rəbbani  deyib. 
Suriyada Xanım Zeynəbin (s.ə) hərəmində mövlud mərasimləri keçiriləcəkXanım Zeynəbin (s.ə) mövlud günü ərəfəsində  o həzrətin pak hərəmində  müxtəlif mövlud mərasimləri təşkil olunacaq. Bunu  Ali Məqamlı Rəhbərin  Suriyadakı nümayəndəlik ofisinin rəis müavini  Höccətül-İslam  Rəbbani  deyib. 
“Bölgədə sabitliyin təmin olunmasını və  xanım Zeynəbin (s.ə) mövlud günündə minlərlə  Əhli-beyt (ə) aşiqinin  o həzrətin  hərəminə toplaşacağını nəzərə alaraq bir həftə müddətində “Zeynəb (s) qələbə və müqavimət iradəsi” şüarı ilə müxtəlif mövlud və mədəni tədbirlər həyata keçiriləcək.”
Onun sözlərinə görə, xanım Zeynəbin (s.ə)  mövlud mərasimləri  yanvarın 8-dən  12-dək davam edəcək.  
“Cümə günü xanım Zeynəbin (s.ə) mövlud axşamı o həzrətin hərəmində möhtəşəm mərasim təşkil olunacaq.  Təvaşih və ilahilər səsləndiriləcək.”
Xanım Zeynəbin (s.ə) hərəmi və qəbri  İrandan gətirilmiş 30 min şaxə güllə bəzədiləcək. “Bunun üçün İmam Rzanın (ə) hərəmindən xüsusi bir komanda Suriyaya səfər edib.”
Höccətül-islam Rəbbani bildirib ki, xanım Zeynəbin (s.ə) mövlud günü  20 min nəfərlik  tort hazırlanacaq. “Tortun uzunluğu 70 metr, çəkisi 1 ton  olacaq və tortun üzəri 100 hərəm müdafiçəsi şəhidin  fotoları ilə bəzədiləcək.” /maide.az/
Teqlər: iqna ، Zeynəb ، mövlud
captcha