İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mahatir Muhəmməd müxbirlərlə müsahibədə Malayziyanın sionist rejimin işğalçılıqları və cinayətləri qarşısında Fələstin xalqını himayə siyasətini bir daha vurğulayaraq, deyib: Bu siyasətə əsasən, Malayziya paraüzgüçülük üzrə 2019-cu il dünya çempionatında iştirak üçün sionist idmançılara viza verməyəcəkdir.
Paraüzgüçülük üzrə 2019-cu il dünya çempionatı 2019-cu il iyulun 25-dən avqustun 4-dək Malayziyanın Kuçin şəhərində keçirilməlidir.
Malayziya baş nazirinin sözləri bəzi mediaların qeyd olunan yarışlarda iştirak məqsədilə sionist idmançıların Malayziyaya daxil olmaları üzrə vizanın alınması üçün sionistlərin Kuala-Lumpura təzyiq göstərmələri barədəki məlumatlarından sonra yayılıbdır.
Malayziya sionist rejimlə diplomatik əlaqələrə malik deyil. Malayziyanın hökuməti və xalqı daim beynəlxalq arenalarda fələstinlilərin himayədarlarından olublar.