IQNA

Hamburq Avropanın 7-ci Quran yarışlarına evsahibliyi edəcək

8:14 - January 13, 2019
Xəbər sayı: 3484515
Almaniyanın Hamburq şəhərində yerləşən İslam Mərkəzi cari ilin Aprel ayında keçiriləcək Avropa ölkələrinin 7-ci Qurani-Kərim yarışlarına evsahibliyi edəcək.

Hamburq Avropanın 7-ci Quran yarışlarına evsahibliyi edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Hamburq şəhərində yerləşən İslam Mərkəzi cari ilin Aprel ayında keçiriləcək Avropa ölkələrinin 7-ci Qurani-Kərim yarışlarına evsahibliyi edəcək.

Almaniyanın Hamburq İslam Mərkəzi elan edib: Almaniyanın Darul-Quran idarəsi Avropa ölkələrinin Qurani-Kərimin 7-ci hifz, qiraət, təfsir və azan yarışlarını cari ilin Aprel ayının 12-dən 14-dək keçirəcəkdir.

Bu yarışların hədəfi Quran maarifi və İslam mədəniyyətinin yayılması, Quran sahəsində aktivistlərin yetişdirilməsinə zəmin yaratmaq, hafiz və qarilərin Vəhy kəlamı ilə daha çox ünsüyyəti, Avropada Quran əsasında yaşayan cəmiyyət Qurmaq və qari və hafizlərin öz tərcübələrini bölüşdürməsidir.

Avropanın 7-ci Qurani-Kərim yarışlarında Quranın hifzi, qiraəti, təfsiri, Azan, "təvaşih" (dini nəğmə) və təqlidi-tilavət ixtisası üzrə oğlanlar və habelə Quranın hifzi, tərtil ilə oxunuşu və təfsiri ixtisası üzrə qızlar yarışacaqlar.

Yarışların qaliblərinə müxtəlif nəfis hədiyyələr veriləcək. Quranın qiraəti üzrə qaliblərin birincisinə 1500, ikincisinə 1200 və üçüncüsünə 1000 avro mükafat veriləcəkdir.

Avropa ölkələrinin 7-ci Qurani-Kərim yarışlarının daha çox təfərrüatı  və iştirak etmək üçün qeydiyyatdən keçməkk barədə qarşıdakı linkdən məlumat əldə edə bilərsiniz: 7-ci Avropa Quran Yarışları

http://iqna.ir/fa/news/3780515

captcha